ABŞ-da yaşayan soydaşımız Konqresin Nümayəndələr Palatası üzvlüyünə namizədliyini irəli sürüb

ABŞ-da yaşayan soydaşımız Konqresin Nümayəndələr Palatası üzvlüyünə namizədliyini irəli sürüb 2001-ci ildən ABŞ-da yaşayan həmvətənimiz Ramin Məmmədov Şimali Karolina ştatının 9-cu dairəsindən ölkə Konqresinin Nümayəndələr Palatası üzvlüyünə namizədliyini irəli sürdüyünü elan edib
Diaspor
29 Aprel , 2021 16:37
ABŞ-da yaşayan soydaşımız Konqresin Nümayəndələr Palatası üzvlüyünə namizədliyini irəli sürüb

2001-ci ildən ABŞ-da yaşayan həmvətənimiz Ramin Məmmədov Şimali Karolina ştatının 9-cu dairəsindən ölkə Konqresinin Nümayəndələr Palatası üzvlüyünə namizədliyini irəli sürdüyünü elan edib.

"Report" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Konqresmen olacağı təqdirdə fəaliyyətində təhsil, infrastruktur, iqtisadi imkanlar, seçicilərin hüquqları, qadın hüquqları, veteranlar, əl çatan səhiyyə və sair sahələrin prioritet təşkil edəcəyini bildirib.

Ramin Məmmədov Miçiqan ştatının Royal Oak-dakı Oakland İcma Kollecində təhsil alıb, Miçiqan Dövlət Universitetini siyasi elmlər və beynəlxalq münasibətlər ixtisası üzrə bitirib. Karyerasına informasiya texnologiyaları sahəsindən başlayan soydaşımız 15 il öncə Şimali Karolina ştatına köçüb. Maliyyə xidmətləri göstərən şirkətlərə mürəkkəb məsələlərin müəyyənləşdirilməsi və həll olunmasına kömək edən keyfiyyət zəmanəti üzrə mütəxəssis kimi çalışır. Ailəlidir, iki övladı var.

Həmvətənimizin apardığı seçkiqabağı kampaniya barədə daha ətraflı məlumatla bu link vasitəsilə tanış olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi