AAK üzvü: "Dünya azərbaycanlıları Azərbaycan dövlətinin ətrafında sıx birləşib"

AAK üzvü: "Dünya azərbaycanlıları Azərbaycan dövlətinin ətrafında sıx birləşib" Bakı. 13 aprel. REPORT.AZ/ Biz Vətənimizin, dövlətimizin maraqlarını uca tuturuq və bu uğurda hər cür fədakarlığa hazırıq.
Diaspor
13 Aprel , 2018 15:46
AAK üzvü: Dünya azərbaycanlıları Azərbaycan dövlətinin ətrafında sıx birləşib

Bakı. 13 aprel. REPORT.AZ/ "Biz Vətənimizin, dövlətimizin maraqlarını uca tuturuq və bu uğurda hər cür fədakarlığa hazırıq". 

"Report"un məlumatına görə, bunu Avropa Azərbaycanlıları Konqresinin (AAK) üzvü, Finlandiya Azərbaycanlıları Assosiasiyasının sədri Vasif Muradlı Avropada məskunlaşmış bir qrup şəxsin Azərbaycan əleyhinə sosial şəbəkələrdə apardığı çirkin kampaniyaya münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, bu təxribatçı qrupun fəaliyyəti xaricdə yaşayan azərbaycanlılar tərəfindən etirazla qarşılanıb: "Bu günlərdə Avropanın bir neçə şəhərində anti-Azərbaycan kampaniyasına etiraz olaraq aksiyalar keçirildi. Bu aksiyalarda yüzlərlə soydaşımız iştirak etdi. Bu faktın özü göstərir ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, həmvətənlərimizin mütləq əksəriyyəti ölkəmiz əleyhinə xaricdə aparılan bu kampaniyanı qınayır".

V.Muradlı qeyd edib ki, bu gün Azərbaycan çox sürətlə inkişaf edir, etibarlı tərəfdaş kimi tanınır, dünyada söz sahibidir. "Bizim güclü ordumuz var, ölkə rəhbərliyi müstəqil siyasət yürüdür, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün çoxsaylı proqramlar həyata keçirilir. Bütün bunlar isə dövlətə olan ictimai etimadı gücləndirir, vətəndaş həmrəyliyinin təmin olunmasına imkan yaradır. Görünür, bütün bunlar müəyyən dairələri narahat edir".

O, dünya azərbaycanlılarının Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini və ölkəmizə qarşı aparılan çirkin kampaniyaların qarşısını almağa hazır olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi