Yunanıstanda Azərbaycan dilinə dair təqdimat keçirilib

Yunanıstanda Azərbaycan dilinə dair təqdimat keçirilib Bakı. 21 may. REPORT.AZ/ Yunanıstanın Saloniki Şəhər Limanında 6-cı Multilinqualizm Beynəlxalq Dil festivalı keçirilib.
Diaspor
21 May , 2018 15:17
Yunanıstanda Azərbaycan dilinə dair təqdimat keçirilib
0 : 00
0 : 00

Bakı. 21 may. REPORT.AZ/ Yunanıstanın Saloniki Şəhər Limanında 6-cı Multilinqualizm Beynəlxalq Dil festivalı keçirilib. 

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan dilinin təqdimatını keçirib.

Festival iştirakçıları Azərbaycan dilinin əlifbası ilə tanış olub, Azərbaycan dilində sözlər yazmaq, oxumaq və tələffüz etmək imkanı qazanıblar.

Bununla yanaşı, Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi münasibətilə tarixi abidələrimiz, Azərbaycanın görməli yerləri ilə bağlı maraqlı məlumatlar verilib.

Mərasimdə geniş auditoriya qarşısında Azərbaycan dilində uşaq şeirləri və Azərbaycan şairi Səməd Vurğunun “Azərbaycan” şeiri səsləndirilib.

Saloniki şəhərinin icra başçısı Yannis Butaris, icra başçısının təhsil və idman üzrə müavini Aleksandros Barbunakis və alim Aryiru Mumdidu Beynəlxalq Dil Festivalında Azərbaycan stendini ziyarət ediblər, xatirə şəkilləri çəkdirilib.

Son xəbərlər

Orphus sistemi