Xersonda Azərbaycan Mədəniyyət Mərkəzi yaradıla bilər

Xersonda Azərbaycan Mədəniyyət Mərkəzi yaradıla bilər Xerson Vilayət Dövlət Administrasiyasının sədri Yuri Qusevlə Azərbaycan diasporunun nümayəndələri arasında görüş keçirilib.
Diaspor
6 Mart , 2020 17:06
Xersonda Azərbaycan Mədəniyyət Mərkəzi yaradıla bilər

Xerson Vilayət Dövlət Administrasiyasının sədri Yuri Qusevlə Azərbaycan diasporunun nümayəndələri arasında görüş keçirilib.

"Report" xəbər verir ki, görüşdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov və Ukrayna Azərbaycanlıları Konqresinin Xerson vilayəti təşkilatının rəhbəri Əli Kərimov iştirak ediblər.

Görüşdə mümkün əməkdaşlığa dair layihələr müzakirə olunub. Tərəflər kənd təsərrüfatı, turizm və mədəniyyətin inkişafı istiqamətində əməkdaşlıq barədə razılığa gəliblər. Eyni zamanda Xerson vilayətində Azərbaycan Mədəniyyət Mərkəzinin, Xerson və Bakı şəhərlərində dostluq parklarının yaradılması imkanları müzakirə olunub.

Tərəflər gələcək əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin inkişafına ümidvar olduqlarını vurğulayıblar. 

Son xəbərlər

Orphus sistemi