Yuxarı

​Xaqani Hüseynli: Ukraynada döyüşən azərbaycanlıları 15 il həbs cəzası gözləyir

Yeganə çıxış yolu, bu məsələni qanuniləşdirmək və onun statusunu müəyyən etməkdir

Bakı. 26 mart. REPORT.AZ/ "Ukrayna tərəfinin Azərbaycandan olan könüllülərə heç bir status verməməsi səbəbindən, onları vətənlərində uzun müddətli həbs cəzası gözləyir".

"Report" xəbər verir ki, bu sözləri "Ukrayna Azərbaycanlıları Konqresi" İctimai Birliyinin idarə heyətinin sədri Xaqani Hüseynli keçirdiyi mətbuat konfransında bildirib.

"Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşmək istəyən minlərlə insan var, lakin vətənlərinə qayıtdıqları zaman problem yaranır. Ukrayna sərhədçilərinə göstəriş verilib ki, onlar Azərbaycandan olan könüllüləri ölkələrinə deportasiya etmək ixtiyarındadırlar", - deyə X.Hüseynli qeyd edib.

"Hazırda Ukrayna anti-terror əməliyyatları zonasında döyüşən könüllülərlə bağlı ciddi problemlə üzləşib. Könüllü batalyonların qanuniləşdirilməsi şübhə doğurmur. Biz hətta elə bir şeylə qarşılaşdıq ki, əməliyyat zonasında həlak olan azərbaycanlıya döyüş əməliyyatlarının iştirakçısı statusu da verilmədi. Axı o öz həyatı bahasına Ukraynanı müdafiə edib", - deyə Hüseynli söyləyib.

O, həmçinin diqqətə çatdırıb ki, Azərbaycanda ölkə vətəndaşlarının xarici dövlətlərdə döyüşməsini qadağan edən qanun var.

"Bizim burada döyüşən uşaqlar, evə qayıdarkən 15 il müddətinə həbs cəzası ala bilərlər", - deyə o bildirib və əlavə edib ki, bu vəziyyətdən yeganə çıxış yolu məsələni leqallaşdırmaq və ona status müəyyən etməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi