Yuxarı
    Bağlamaq

    Ukraynanın bütün vilayətlərində AXC-nin 100 illiyi qeyd edilib

    Bakı. 28 may. REPORT.AZ/ Ukraynanın bütün vilayətlərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi qeyd edilib.

    "Report" xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) təşkilatçılığı ilə paytaxt Kiyev də daxil olmaqla Odessa, Lvov, Jitomir, Dnepropetrovski, Xarkov, İvana Frankovski, Zaparoji, Çernqiov, Nikolayev, Çernovtsi, Xmelnitski və digər vilayətlərində AXC-nin 100 yubileyinə həsr olunan konsert, konfrans və yürüşlər keçirilib. 

    Yerli deputatların, dövlət rəsmilərinin, ictimaiyyət nümayəndələrinin də qatıldığı tədbirlərin bir çoxunda BUAK sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti Rövşən Tağıyev də iştirak edib. O, Azərbaycanın 1918-ci ilin mayın 28- də Çar Rusiyasının işğalından xilas olaraq müsəlman şərqində ilk respublika elan etdiyini, şərqdə ilk dəfə qadınlara səsvermə hüququ verdiyini bildirib. O vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra bolşeviklər tərəfindən işğal olunsa da Azırbaycan öz tarixi ənənəsini qoruyb saxlaya bilib: “1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycan ümumilli lider Heydər Əliyevin əsasını qoyduğu strategiya sayəsində inkişaf edib və bölgənin lider dövlətinə çevrilib. Ulu öndərin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”. 

    Ukraynanın və Azərbaycanın oxşar tarixlər yaşadığını deyən R.Tağıyev qeyd edib ki, hər iki ölkə separatçılıqdan, işğaldan əziyyət çəkir. Rəsmi Kiyevlə Bakının bir çox məsələlərdə maraqlarının üst-üstə düşdüyünü bildirən təşkilat sədri deyib ki, diasporun fəaliyyəti nəticəsində iki ölkənin əlaqələri daha da güclənir.

    Tədbirlərdə gənclər birliyinin sədri İlhamə Allahverdiyeva da iştirak edib.

    Bundan başqa, BUAK-ın Dnepropetrovski və Odessa vilayəti üzrə də geniş miqyasda tədbirlər keçirilib. Dnepropetrovskidə Konqresin vilayət üzr sədri Nəcəf Əhmədov aparıcılığı ilə keçən tədbirə yerli deputatlar, vilayət rəsmiləri və müxtəlif millətlərin nümayəndələri qatılıblar. 

    R.Tağıyev BUAK adından tibbi avadanlıqdan ibarət humanitar yardım təqdim edib. BUAK-ın digər vilayətləri üzrə rəhbərləri Qurban Abbasov (Xarkov), Namiq Hacıyev (Odessa), Teymur Məmmədov (Lvov), Yunus Əliyev (Nikolayev) və digərlri, o cümlədən Jitmordə BUAK ilə birgə Ukrayna-Azərbaycan Həmrəylik Konqresinin rəhbəri İlqar Məmmədov yerli deputatlar və vilayət rəsmiləri ilə birlikdə Azırbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təntənəli şəkildə qeyd ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi