Ukraynanın tanınmış federasiyası Azərbaycan diasporu ilə əməkdaşlığa başlayıb

Ukraynanın tanınmış federasiyası Azərbaycan diasporu ilə əməkdaşlığa başlayıb Kiyev. 21 dekabr. REPORT.AZ/ Ukrayna Kikboksinq Federasiyası (UKF) və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Diaspor
21 Dekabr , 2018 12:44
Ukraynanın tanınmış federasiyası Azərbaycan diasporu ilə əməkdaşlığa başlayıb

Kiyev. 21 dekabr. REPORT.AZ/ Ukrayna Kikboksinq Federasiyası (UKF) və Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) arasında əməkdaşlıq memorandumu imzalanıb.

UABD-nin mətbuat xidmətindən “Report”un Kiyev bürosuna verilən məlumata görə, memorandum UKF-nin rəhbəri Olqa Pavlenko və UABD-nin sədri Hikmət Cavadov tərəfindən imzalanıb. Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Aydın Əhmədov memorandumun imzalanma mərasimində iştirak edib.

UABD-dən bildirilib ki, qeyri rəsmi - məlumatlara görə, hazırda Ukraynada, təxminən, 500 min etnik azərbaycanlı yaşayır və onlar arasında bir çox məşhur idmançılar da var. Məsələn, kikboksçular Orxan Sənanzadə və Həbib Səmədov dəfələrlə Ukrayna bayrağı altında müxtəlif beynəlxalq yarışlarda, çempionatlarda, Dünya Kubokunda qələbələr qazanıblar. 

Federasiyadan qeyd olunub ki, UKF ilə UABD arasında belə əməkdaşlıq memorandumunun imzalanması Ukrayna və Azərbaycanın böyük diaspor təşkilatı arasında kikboksinq sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi baxımından addım kimi qiymətləndirilməlidir.

Qeyd edək ki, UKF-nin bu yaxınlarda istefaya göndərilən erməni vitse - perzidentinin yerinə UABD sədr müavini Elşad İbrahimov seçilib. 

Son xəbərlər

Orphus sistemi