Türkiyədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib

Türkiyədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib Əskişəhər vətəndaşlarına Xocalı soyqırımı ilə bağlı materiallar paylanıb
Diaspor
26 Fevral , 2015 17:48
Türkiyədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilib

Bakı. 26 fevaral. REPORT.AZ/ Türkiyənin Əskişəhər əyalətində INDEX - Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzinin dəstəyi ilə Əskişəhər Azərbaycanlılar Dərnəyi tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkilərək Xocalı Soyqırımı Xatirə Ormanı salınıb. Ağaclar Əskişəhərin Muttalib bölgəsində əkilib. “Report” xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Əskişəhər Azərbaycanlılar Dərnəyi həmçinin mətbuat üçün brifinq keçirib. Dərnəyin sədri Cavid Aydın brifinqdə çıxış edərək bildirib ki, 23 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda 613 nəfər azərbaycanlının öldürülməsi tarix boyu türklüyə qarşı törədilmiş cinayətlərdən biridir: “Bu gün hər platformada sözdə erməni soyqırımından danışanlar Xocalıda, Qarabağda, Şərqi Türküstanda, Təlafərdə yaşananları görmürlər”- Cavid Aydın vurğulayıb. 

Brifinqdən sonra Əskişəhər vətəndaşlarına Xocalı soyqırımı ilə bağlı materiallar paylanılıb.

Son xəbərlər

Orphus sistemi