Yuxarı

Diaspora nümayəndəsi: "Azərbaycanlılar Tatarıstan cəmiyyətinə daha çox inteqrasiya olunublar"

Tatar diasporu Tatarıstanda Azərbaycanın Baş Konsulluğunun açılması təşəbbüsü ilə çıxış edib

Kazan. 28 sentyabr. REPORT.AZ/ Bu gün Tatarıstanda 20 mindən artıq azərbaycanlı yaşayır, onlardan 10 min nəfəri Rusiya vətəndaşlarıdır. 

Bu barədə "Report"a müsahibəsində Tatarıstan Respublikasının Azərbaycan Milli-Mədəni Muxtariyyətinin nümayəndəsi Sübhan Əhədzadə bildirib.

Onun sözlərinə görə, azərbaycanlılar Tatarıstan cəmiyyətinə daha çox inteqrasiya olunublar, ticarət, biznes, tibb, təhsil kimi müxtəlf sahələrdə fəal təmsil olunublar. 

Azərbaycanın tatar icması ilə əməkdaşlıq haqqında danışan S.Əhədzadə qeyd edib ki, strukturlar arasında sıx əməkdaşlıq mövcuddur: "Biz Azərbaycanın tatar diasporu ilə bir sıra məsələlər, xüsusilə də Bakıda tatar şairi Q.Tukayın adına olan küçənin bərpası, Azərbaycanda Tatarıstanın Mədəniyyət günlərinin keçirilməsi, və əksinə, iki respublikalar arasında ticarət əlaqələrinin qurulması ilə bağlı sıx əməkdaşlıq edirik. Bunadan başqa, Azərbaycanın tatar diasporu Tatarıstanda Azərbaycanın Baş Konsulluğunun açılması təşəbbüsü ilə çıxış edib. Ümid edirəm ki, bu məsələ yaxın günlərdə müsbət həllini tapacaq".

Sübhan Əlizadə, həmçinin Bakı-Kazan-Bakı marşrutu üzrə qatarın fəaliyyətinin bərpasının vacibliyini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi