Yuxarı

​Sofiyada IV Qlobal Bakı Forumuna hazırlıq məsələləri müzakirə olunub

IV Qlobal Bakı Forumunun işini təşkil edəcək mövzulara dair fikir mübadiləsi aparılıb

Bakı. 5 fevral. REPORT.AZ/ Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Serageldin fevralın 4-də Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov və Bolqarıstanın vitse-prezidenti Marqarita Popova ilə görüşüb. 

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Sofiya şəhərində baş tutan görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, təşkil etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər müzakirə olunub. 

Mart ayının 10-11-i tarixində Bakıda keçiriləcək IV Qlobal Bakı Forumuna hazırlıq məsələləri və Forumun işini təşkil edəcək mövzulara dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Bolqarıstana səfəri çərçivəsində Sofiya Universitetində mühazirə ilə çıxış edib. Mühazirədə sabiq prezident Petar Stoyanov, vitse-prezident Marqarita Popova, həmçinin Sofiya Universitetinin müəllim və tələbə heyəti iştirak edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi