Səudiyyə şəhzadəsi Kiyevdə Azərbaycan diaspor rəhbəri ilə birgə sərmayələri müzakirə edib

Səudiyyə şəhzadəsi Kiyevdə Azərbaycan diaspor rəhbəri ilə birgə sərmayələri müzakirə edib Səudiyyə Ərəbistanı Krallığının şəhzadəsi Türki bin Salman əl Saud Kiyevə səfəri zamanı Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyevlə görüşüb.
Diaspor
4 İyul , 2019 15:31
Səudiyyə şəhzadəsi Kiyevdə Azərbaycan diaspor rəhbəri ilə birgə sərmayələri müzakirə edib

Səudiyyə Ərəbistanı Krallığının şəhzadəsi Türki bin Salman əl Saud Kiyevə səfəri zamanı Ukrayna Millətlər Assambleyasının (UMA) prezidenti, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyevlə görüşüb. 

"Report"un məlumatına görə, görüş Kiyevdə Ukraynada təsis olunan Ərəb İş Adamaları Assosiasiyasının təqdimat mərasimində baş tutub. 

Görüş zamanı şahzadə R.Tağıyevlə Ukraynada etnik millətlərin birgə fəaliyyəti, ictimai-siyasi proseslərdə fəallığı və ən əsası da birgə investisiyaların yatırımını müzakirə ediblər. Söhbət zamanı birgə layihələrin həyata keçirilməsi barədə qərarlar qəbul olunub. 

Görüşdə Ukrayna Ali Radasının deputatı Sergey Taruta və “Ukrayna və ərəb iş adamları və sərmayələr” Assosiasiyasının sədri Muhammad Səlim Əl-Ətti də iştirak edib.

Son xəbərlər

Orphus sistemi