Sabah Latviya Seyminə keçiriləcək seçkilərdə iki azərbaycanlı namizəd iştirak edəcək

Sabah Latviya Seyminə keçiriləcək seçkilərdə iki azərbaycanlı namizəd iştirak edəcək Bakı. 5 oktyabr. REPORT.AZ/ Sabah Latviyada keçiriləcək növbəti parlament seçkilərində iki azərbaycanlı namizəd iştirak edəcək.
Diaspor
5 Oktyabr , 2018 12:36
Sabah Latviya Seyminə keçiriləcək seçkilərdə iki azərbaycanlı namizəd iştirak edəcək

Bakı. 5 oktyabr. REPORT.AZ/ Sabah Latviyada keçiriləcək növbəti parlament seçkilərində iki azərbaycanlı namizəd iştirak edəcək. 

“Report”un əldə etdiyi məlumata görə, bunlar hazırda Latviya parlamentində Xalq təsərrüfatı, aqrar, regional siyasət və ətraf mühitin mühafizəsi üzrə Komissiyanın sədri Roman Naudinş (İbrahimov) və Sosial Demokrat Partiyasından (SDP) namizəd Asif İbrahimovdur. 

Hər iki namizədin seçkiqabağı təbliğat-təşviqat dövründə reytinqi yüksək olub. 

Qeyd edək ki, Latviya parlament üsul-idarəli respublikadır.

Mübariz Aslanov

Asif İbrahimov (solda) və Roman Naudinş (sağda)


Son xəbərlər

Orphus sistemi