Yuxarı
    Bağlamaq

    ​Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin sabiq direktoru Bakıya gələcək

    Vyaçeslav Trubnikov IV Qlobal Bakı Forumunda iştirak edəcək

    Bakı. 29 fevral. REPORT.AZ/ Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, Xarici işlər nazirinin sabiq birinci müavini Vyaçeslav Trubnikov Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək. DİDK-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, martın 10-11-də Bakıda keçiriləcək “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu müzakirə olunacaq. Bundan başqa, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxildir.

    Qeyd edək ki, Vyaçeslav Trubnikov 1996-2000-ci illərdə Xarici Kəşfiyyat Xidmətinin direktoru, 2000-2004-cü illərdə Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini vəzifəsində çalışıb. Eyni zamanda, 2004-2009-cü illərdə Rusiya Federasiyasının Hindistandakı fövqəladə və səlahiyyətli səfiri olub. V.Trubnikov hazırda E.Primakov adına Beynəlxalq Münasibətlər və Dünya İqtisadiyyatı İnstitutunda baş elmi işçi, Rusiya Federasiyasının Siyasi Araşdırmalar Mərkəzinin Ekspert-Məşvərət Şurasının üzvüdür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi