Yuxarı

Ravvin Şnayer: “Azərbaycanda çoxəsrlik tolerantlıq ənənələri var”

Ravvin Şnayer: “Azərbaycanda çoxəsrlik tolerantlıq ənənələri var”

Bakı. 6 noyabr. REPORT.AZ/ “Appeal of Conscience” (“Vicdana çağırış”) Beynəlxalq Fondunun təsisçisi və prezidenti Ravvin Artur Şnayer Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradovu qəbul edib.

Mərkəzdən “Report”a verilən məlumata görə, görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, dinlərarası dialoqun dərinləşməsində rolu, həyata keçirdiyi layihələrlə bağlı müzakirələr aparılıb.

Mərkəzin təşəbbüsü ilə keçirilən Qlobal Bakı Forumlarının xalqlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın inkişafına xidmət etdiyi vurğulanıb. Ravvin Snayer qeyd edib ki, Azərbaycanda çoxəsrlik tolerantlıq ənənləri yəhudi və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır. Bildirilib ki, Azərbaycan antisemitizm meyillərinin heç vaxt özünə yer tapmadığı nadir ölkələrdən biridir. Daha sonra ABŞ-ın Pensilvaniya ştatının Pitsburq şəhərində sinaqoqa hücumun bütün dünya tərəfindən qınağa tuş gəldiyi vurğulanıb. Belə bir həssas dövrdə mərkəzin müxtəlif konfessiyalar arasında birlik və həmrəylik ideyalarını təbliğ etməsinin təqdirəlayiq olduğu bidirilib.

“Appeal of Conscience” (“Vicdana çağırış”) Beynəlxalq Fondunun təsisçisi və prezidenti Ravvin Artur Şnayer ABŞ-da və dünyada ən nüfuzlu yəhudi din xadimlərindən biri hesab olunur. 50 ildən çoxdur ki fəaliyyət göstərən “Appeal of Conscience” (“Vicdana çağırış”) Beynəlxalq Fondu müxtəlif dinlər arasında sözdə və əməldə tolerantlıq, məhəbbət, qarşılıqlı ehtiram ideyalarını təbliğ edir. Fondda dünyanın tanınmış liderləri və din xadimləri, nüfuzlu siyasətçilər, dövlət adamları təmsil olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi