Yuxarı

Azərbaycan nümayəndəsi: "Pyatiqorskdan Bakıya sağ-salamat qayıdacağımızı gözləyirik"

​Pyatiqorskda forumda iştirak edən Azərbaycan nümayəndə heyyətinin

“Bizi hazırda Azərbaycan icması qoruyur və indi azərbaycanlıların evindəyik. Ya bu gün, ya da sabah Bakıya sağ-salamat qayıdacağımızı gözləyirik. Bizi yola salacaqlarına söz veriblər”. 

Bu fikirləri "Report"un Rusiya bürosuna açıqlamasında Rusiyanın Pyatiqorsk şəhərində keçirilən “Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumuna qatılan Azərbaycan nümayəndə heyətinin rəhbəri Sabir Rüstəmov deyib.

Onun sözlərinə görə, Pyatiqorskda 700 min erməni yaşayır: "Onlar, demək olar ki, hər yerdədirlər. Həm hüquq-mühafizə orqanlarında, həm də hakim dairələrdə. Əvvəl bizi forumun keçirildiyi ərazidən bayıra buraxmırdılar və Azərbaycana məlumat ötürməyimizin qarşısını alırdılar. Məlumat göndərəcəyimiz təqdirdə problem yaranacağını bildirirdilər. Hətta təşkilatçılar bizə özümüzü qorumağı məsləhət görüblər". 

Qeyd edək ki, Ermənistanın Rusiyadakı səfiri forum iştirakçıları ilə keçirilən görüş zamanı Azərbaycana, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yolverilməz fikirlər səsləndirib. Bu da “Gənclərin Bakı klubu” İctimai Birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və nəticədə insident baş verib. Azərbaycanın Rusiyadakı səfirliyi isə məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq Rusiya Xarici İşlər Nazirliyinə nota verib. Səfir Polad Bülbüloğlu da Pyatiqorsk şəhərinə səfərindən, həmçinin forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.

İqbal Rüstəmov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi