"Polşada Azərbaycan Qəhrəmanları" adlı kitabça nəşr olunub

"Polşada Azərbaycan Qəhrəmanları" adlı kitabça nəşr olunub Kitabçada iki azərbaycanlı qəhrəman haqqında məlumat verilib
Diaspor
9 Dekabr , 2016 15:05
Polşada Azərbaycan Qəhrəmanları adlı kitabça nəşr olunub

Bakı. 9 dekabr. REPORT.AZ/ Polşada Azərbaycanlı Gənclər Şurasının dəstəyi ilə "Polşada Azərbaycan Qəhrəmanları" adlı kitabça nəşr edilib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidməıtindən "Report"a bildirilib ki, kitabçada iki azərbaycanlı qəhrəman haqqında məlumat verilib. 

İngilis dilində nəşr olunan kitabça 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ordusu və 1923–1945-ci illərdə Polşa ordusu sıralarında xidmət etmiş polkovnik Vəli bəy Yadigar haqqında və Sovet İttifaqı Qəhrəmanı Əvəz Verdiyev haqqındadır.

Polşada Azərbaycanlı Gənclər Şurasının baş katibi Rəsul Məmmədovun verdiyi məlumata görə, qısa zamanda kitabçanın polyak dili versiyası da nəşr olunacaq. R.Məmmədov ktabçanın Azərbaycan və Polşa dövlətləri arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə verilən kiçik töhfə olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi