Yuxarı
    Bağlamaq

    ​Norveç parlamenti qarşısında Xocalı aksiyası keçirilib

    Aksiya iştirakçıları ”Xocalıya ədalət!” şüarı səsləndirərək Oslonun mərkəzi küçəsi ilə yürüş ediblər

    Bakı. 27 fevral. REPORT.AZ/ Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin təşkilatçılığı ilə Norveç parlamenti – Stortingetin binası qarşısında Xocalı soyqırımı qurbanlarını anma aksiyası keçirib. 

    "Report" Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Norveçdə yaşayan azərbaycanlılar faciə qurbanlarının xatirəsi yad edərək Azərbaycan həqiqətlərini yerli ictimaiyyətə çatdırmağa çalışıblar. Aksiyanın sonunda Xocalı faciəsinin soyqırım kimi tanınması, hadisəyə hüquqi və siyasi qiymət verilməsi, səbəbkarların cəzalandırılması tələbi əks olunmuş müraciət qəbul olunub. Müraciət Norveç parlamentinin sədrinə və parlamentin hüquq komitəsinə təqdim edilib.

    Parlamentin qarşısındakı piketdən sonra aksiya iştirakçıları "Xocalıya ədalət!" şüarı səsləndirərək Oslonun mərkəzi küçəsi ilə yürüş ediblər.

    Aksiyada Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evinin əməkdaşlıq etdiyi türk, çeçen icmalarının nümayəndələri və azərbaycanlıların dostu olan norveçlilər də qatılıb.

    Aksiyanın iştirakçıları yerli sakinlərə Xocalı soyqrımı və erməni vəhşilikləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatların əks olunduğu vərəqə və broşürlər paylayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi