Nobel muzeyinə Qarabağ haqqında kitab təqdim edilib

Nobel muzeyinə Qarabağ haqqında kitab təqdim edilib Bakı. 7 noyabr. REPORT.AZ/ İsveç Krallığında səfərdə olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Stokholmda Nobel muzeyində olub.
Diaspor
7 Noyabr , 2018 11:38
Nobel muzeyinə Qarabağ haqqında kitab təqdim edilib
0 : 00
0 : 00

Bakı. 7 noyabr. REPORT.AZ/ İsveç Krallığında səfərdə olan Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Stokholmda Nobel muzeyində olub.

Komitənin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, direktor Olov Amelin muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verib, buranın özəlliklərindən, nümayiş etdirilən eksponatlardan danışıb.

Komitə sədri isə, öz növbəsində, Azərbaycanla İsveç arasındakı əlaqələrin tarixindən, Nobel qardaşlarının ölkəmizdə fəaliyyətindən söhbət açıb və tarixin bu səhifələrinin daha yaxşı öyrənilməsinin zəruriliyini qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda Dağlıq Qarabağ haqqında kitab Olov Amelinə hədiyyə edilib.

Son xəbərlər

Orphus sistemi