Yuxarı
    Bağlamaq

    ​Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Romada toplantısı keçiriləcək

    Franko Frattini Bakı Forumunda məmnuniyyətlə iştirak edəcəyini bildirib

    Bakı. 10 fevral. REPORT.AZ/ Romada İtaliyanın dövlət xadimi, ölkənin sabiq xarici işlər naziri, ədalət, azadlıq və təhlükəsizlik məsələləri üzrə Avropa komissarı (2004-2008), hazırda isə İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyətinin prezidenti Franko Frattini ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri arasında görüş keçirilib. Bu barədə “Report”a Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

    Görüşdə Mərkəzin təşkilatçılığı ilə fevralın 19-20-də Brüsseldə “Avropada etimadın bərpa olunması” mövzusunda keçiriləcək toplantı müzakirə edilib. Görüşdə bu ilin aprel ayında Bakıda təşkil olunacaq III Açıq Cəmiyyətlər Forumuna hazırlıqlara dair geniş fikir mübadiləsi aparılıb. Hər iki tədbirin əhəmiyyətini yüksək qiymətləndirən F.Frattini Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Brüssel toplantısında və Bakı Forumunda məmnuniyyətlə iştirak edəcəyini bildirib.

    Müzakirələr zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək dəyərləndirən F.Frattini ilə bu ilin noyabr ayında Romada təşkilatın xüsusi toplantısının keçirilməsi barədə razılıq əldə olunub.

    Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi III Açıq Cəmiyyətlər Forumu və digər toplantılar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi