Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nyu-Yorkda “Davamlı İnkişaf problemi Dövründə Geosiyasət” mövzusunda XVIII Ali Səviyyəli toplantısı keçirilib.
Mərkəzdən “Report”a verilən məlumata görə, toplantının işində müxtəlif fəaliyyət sahələrindən tanınmış simalar: Nobel Sülh Mükafatçıları, Məhəmməd Yunus, Kailaş Satyarhi, Şimali Makedoniyanın Baş naziri Zoran Zaev, Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri Jelko Komşiç, o cümlədən Robert F. Kennedi İnsan Hüquqları Fondunun prezidenti və Mərkəzin İdarə heyyətinin üzvü Kerri Kennedi,
İki gün ərzində Cənubi Qafqazda davamlı sulh və təhlükəsizliyin təmin edilməsi, ətraf mühit dəyişikliyi və davamlılıq proqramına nail olmaq, Yaxın Şərq münaqişəsində yeni prespektivlər, multilateralizm, Avropa İttifaqının yeni liderliyi ilə Balkanların qərbə inteqrasiyası kimi mövzular müzakirə edilib.
Nyu-Yorkun məşhur Harvard Klubunda təşkil olunmuş bağlanış mərasimində ABŞ-ın sabiq senatoru Con Sidney Makkeyin III şərəfinə Nizami Gəncəvi Beynəlxalq Mükafatının XVI təqdimatı təşkil olunub. Mükafat sabiq senatora fəaliyyəti dövründə vətəndaşlıq prinsiplərinə, cəsarəti, hörmət və birlikdə yaşamaq prinsiplərinin müdafiəsinə göstərdiyi səylər, qlobal liderlikdəki fərqlənməsinə görə təqdim edilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberga və XV medalın sahibi Robert F. Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedi ilə birlikdə sabiq Senatorun xanımı və Makkeyn İnstitunun İdarə Heyyəti sədri xanım Sindi Makkeynə təqdim olunub.
Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Misir, Finlandiya, Yunanıstan, Gürcüstan, İsrail, Qırğızıstan, Latviya, Yeni Zellandiya, Norveç, Şimali Makedoniya, Pakistan, Serbiya, İspanya, Ukraynanın sabiq hökumət və dövlət başçıları, Beynəlxalq Liderlik üzrə Makkeyn İnstitutu, Globsec, Amerika Xarici Siyasəti üzrə Milli Komitə, BMT SDG, Atnlatik Şurası, Birləşmiş Ştatlar Sülh İnstitutu, Karneqi, BMT Sivilizasiyalar Alyansının rəhbərləri məruzələrlə çıxış ediblər.