Yuxarı
    Bağlamaq

    Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sarayevoda konfrans keçirəcək

    “Balkanların Avropa gələcəyi” adlı konfransda Avropa İttifaqının gələcəyi ilə bağlı müzakirələr aparılacaq

    Bakı. 24 oktyabr. REPORT.AZ/ Nizami Gəncəvi Beynəlxalq Mərkəzi noyabrın 20-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində “Balkanların Avropa gələcəyi” movzusunda konfrans keçirəcək.

    Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, tədbirdə Avropaya inteqrasiya ilə bağlı mövcud problemlər və onların həll yolları, Avropa İttifaqının gələcəyi, üzv ölkələr, o cümlədən Balkanlar üçün təhlükəsizliyin təminatı, sosial-iqtisadi inkişaf perspektivləri, əməkdaşlığın gücləndirilməsi və s. mövzularda müzakirələr aparılacaq.

    Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Lagumdzijanın rəhbərliyi ilə təşkil olunan toplantıda Balkan ölkələrinin, digər Avropa dövlətlərinin və Amerika Birləşmiş Ştatlarının tanınmış siyasətçiləri, nüfuzlu beynəlxalq təşkilatların sabiq rəhbərləri iştirak edəcək. KonfransdaÇex Respublikasının sabiq Baş naziri Jan Fischer, Albaniyanin eks-prezidenti Sali Berisha, Makedoniyanin keçmiş dövlət və hökumət başçısı olmuş Branko Crvenkovski, Dunya Bankının sabiq vitse-prezidenti vəİsveçrənin keçmiş xarici işlər naziri Mats Karlson, ABŞ Xarici Əlaqələr Milli Komissiyasının rəhbəri, ABŞ-ın BMT-dəki sabiq səfiri Rosemary Di Carlo, Bosniya və Herseqovina Parlamentinin spikeri Sefik Djaferovic, Serbiyanin xarici işlər naziri İvica Dacic və Monteneqronun xarici siyasət idarəsinə rəhbərlik etmiş Srdjan Darmanovicçıxışı nəzərdə tutulub.

    Qeyd edək ki, Bosniya və Herseqovina ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında əməkdaşlıq əlaqələri mövcuddur. 2016-cı il noyabrında Sarayevoda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX ali səviyyəli toplantısı, fevral ayında isə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniçin dəstəyi ilə "Dinlərarası Dialoq və Ekstremizmə Cavab" movzusunda xüsusi toplantı keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi