​Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin yüksək səviyyəli görüşündə təmsil olunub

​Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin yüksək səviyyəli görüşündə təmsil olunub Mərkəzin üzvləri görüşdə BMT Baş Assambleyası prezidentinin dəvəti ilə iştirak edib
Diaspor
28 Aprel , 2016 16:06
​Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT-nin yüksək səviyyəli görüşündə təmsil olunub

Bakı. 28 aprel. REPORT.AZ/ Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) Nyu Yorkda keçirilən BMT Baş Assembleyasının Davamlı İnkişaf Məqsədlərinə nail olunması ilə bağlı yüksək səviyyəli görüşdə təmsil olunub. 

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən verilən məlumat görə, mərkəzin üzvləri görüşdə BMT Baş Assambleyası prezidentinin dəvəti ilə iştirak edib.

BMT Baş Assembleyasının prezidenti Mogens Luketoftun rəhbərliyi ilə keçən görüşdə iqlim dəyişikliyi problemləri, yoxsulluğun və bərabərsizliyin aradan qaldırılması, daha sülhsevər cəmiyyətin qurulması yolları müzakirə olunub.

Eyni zamanda, YUNESKO-nun direktoru İrina Bokova, Monteneqro Prezidenti cənab Filip Vujanovic, Xorvatiya Rspublikasının Prezidenti Kolinda Qribar-Kitaroviç, Bolqarıstan Prezidenti Rozen Plevneliyev, Avstraliyanın sabiq Baş naziri Kevin Rud və digər rəsmilər NGBM üzvlərini qəbul edib.

Qeyd edək ki, yüksək səviyyəli görüş BMT-nin yeni davamlı inkişaf proqramına və Paris İqlim sazişinin imzalanmasına həsr olunub. 

Son xəbərlər

Orphus sistemi