Nikolayevin vitse-qubernatoru: "Azərbaycanlıları yerli hökumətdə, seçkili orqanlarda görmək istəyirik"

Nikolayevin vitse-qubernatoru: "Azərbaycanlıları yerli hökumətdə, seçkili orqanlarda görmək istəyirik" Görüşdə azərbaycanlılarla bağlı daha bir sıra məsələlər müzakirə olunub
Diaspor
30 İyul , 2015 10:47
Nikolayevin vitse-qubernatoru: Azərbaycanlıları yerli hökumətdə, seçkili orqanlarda görmək istəyirik

Bakı. 30 iyul. REPORT.AZ/ Ukraynanın Nikolayev vilayətindəki H.Əliyev adına Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzinin, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Nikolayev vilayəti üzrə sədri Yunus Əliyev və Nikolayev vilayəti azsaylı Xalqlar Departamentinin azərbaycanlı sədri Anar Axundov vilayətinin vitse-qubernatoru Oksana Yanişevska ilə görüş keçiriblər.

BUAK-dan "Report"a verilən məlumata görə, görüşdə O. Yanişevska bildirib ki, son illər Ukraynada azərbaycanlıların aktivliyi ölkənin aparıcı vilayətlərindən olan Nikolayevdə də hiss olunur: “Biz böyük məmnuniyyətlə azərbaycanlıları yerli hökumətdə, dövlət qurumlarında və seçkili orqanlarında görmək istəyirik. Bu, bizi də məmnun edər”. İki ölkə arasında əlaqələrin daim yüksək olduğunu, azərbaycanlıların Ukraynanın çətin durumunda daim dəstək olduğunu xatırladan vitse qubernator bu istiqamətdə diasporun fəaliyyətinin önəmli olduğunu vurğulayıb. Görüşdə Yunus Əliyev Nikolayev vilayətində məşhur 416-cı Taqanroq diviziyasının vaxtı ilə ciddi itki verdiyi yerdə tərəfindən memorial kompleksin ucaldığını xatırladaraq, vilayətdə bu kimi layihələri davam etdirmək istədiklərini bildirib. Vitse qubernator bu kimi layihələrə məmnuniyyətlə dəstək olacaqlarını deyib. Daha sonra Y.Əliyev uzun illər onun dəstəyi ilə davam edən, daha sonra ölkədəki vəziyyət ilə əlaqədar fəaliyyəti dayandıran həftə sonu Azərbaycan dilli orta məktəblərin fəaliyyətinin bərpası məsələsini qaldırıb. O. Yanişeviska növbəti ildən bunun yerli hökumət tərəfindən bərpa olunacağına söz verib. Görüşdə azərbaycanlılar ilə bağlı daha bir sıra məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi