Yuxarı

​"New York Times" qəzeti türklərə qarşı ayrı-seçkilik edib

Qəzet bunu erməni soyqırımının inkar edilməsi ilə əlaqələndirib

Bakı. 24 aprel. REPORT.AZ/ ABŞ-ın "New York Times" qəzeti bu ölkədə yaşayan türklərə qarşı ayrı-seçkilik edib. "Report" xəbər verir ki, bu məlumatı CNNTürk televiziyası yayıb.

Məlumata görə, ABŞ-da 150-yə yaxın Türk-Amerika vətəndaş cəmiyyəti üzvlərinin yaratdığı "İdarə Heyəti" Komitəsi tərəfindən hazırlanan "Amerikalı türklər və Türkiyənin dostlarından Barak Obama və Konqres üzvlərinə sülh mesajı" başlıqlı elanın çap edilməsi üçün "New York Times"a təqdim olunub.

Qəzet onların elanını çap etməkdən imtina edərək, belə cavab verib: "11 sentyabr terrorunu, Holokost soyqırımını, ABŞ-da köləliyin tətbiqini, erməni soyqırımı(?! - S.İ.), İrlandiyadakı aclıq kimi tarixi gerçəklikləri inkar və ya təhrif edən reklam və elanlar çap oluna bilməz".

Türk və erməni cəmiyyəti arasında anlaşmanı təşviq edən müraciət "Bölməyin, birləşdirin!" şüarı ilə bitir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi