Moskvada "Dünya azərbaycanlılarının palitrası" kitabının təqdimatı olub

Moskvada "Dünya azərbaycanlılarının palitrası" kitabının təqdimatı olub Kitaba müəllifin son 10 il ərzində dünya üzrə azərbaycanlılardan aldığı 173 müsahibə daxil edilib
Diaspor
15 Dekabr , 2016 17:50
Moskvada Dünya azərbaycanlılarının palitrası kitabının təqdimatı olub

Moskva. 15 dekabr. REPORT.AZ/ Moskvada jurnalist, Diaspora Jurnalistlər Cəmiyyətinin sədri Fuad Hüseynzadənin "Dünya azərbaycanlılarının palitrası" kitabının təqdimat mərasimi keçirilib.

"Report"un Moskva müxbirinin verdiyi məlumata görə, təqdimat mərasimində çıxış edən Azərbaycan Mədəniyyətinin İnkişafı və Canlanması (AMİC) Fondunun rəhbəri Şamil Tağıyev bildirib ki, bu yay işıq üzü görən kitab həm Azərbaycanda, həm də dünyanın bəzi ölkələrində təqdim edilib və indi növbə Rusiya paytaxtına çatıb.

Kitaba müəllifin son 10 il ərzində bütün dünya üzrə azərbaycanlılardan aldığı 173 müsahibə daxil edilib.

Müəllifin sözlərinə görə, kitabda müxtəlif peşələrin, vəzifələrin və hətta millətlərin nümayəndələri toplanıb, lakin onların hamısını vətənlərinə - Azərbaycana sevgi birləşdirir.

Təqdimat mərasimi AMİC Fondunun ofisində keçirilib və Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının Moskva nümayəndəliyi ilə birgə təşkil olunub. Tədbir qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunub. 

Son xəbərlər

Orphus sistemi