​Massimo D`Alema Azərbaycana gələcək

​Massimo D`Alema Azərbaycana gələcək Franko Frattini Forum çərçivəsində radikallaşma mövzusunda keçirilən paneldə müzakirələrdə moderatorluq edəcək
Diaspor
16 Aprel , 2015 12:56
​Massimo D`Alema Azərbaycana gələcək

Bakı. 16 aprel. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin aprelin 20-28-də Bakıda təşkil etdiyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda İtaliyanın dövlət xadimləri və siyasətçilərdən ibarət nümayəndə heyəti iştirak edəcək. Bu barədə “Report”a DİDK-nin mətbuat xidmətindən bildirilib.                                      

Nümayəndə heyətinin tərkibinə İtaliya parlamentinin vitse-spikeri Linda Lanzelotte, İtaliyanın sabiq baş naziri Massimo D`Alema və ölkənin keçmiş xarici işlər naziri Franko Frattini daxildir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Franko Frattini Forum çərçivəsində radikallaşma mövzusunda keçirilən paneldə müzakirələrdə moderatorluq edəcək.

Qeyd edək ki, “Yeni dünya düzənində etimadın yaradılması” mövzusuna həsr olunan Forumda dünyanın ən nüfuzlu siyasətçiləri yeni dünyanın başlıca problemləri, radikallaşma meyillərinin artması, Avropa Birliyi və qonşuluq siyasəti, enerji təhlükəsizliyi, etimadın yaradılmasında dinlərarası dialoqun rolu, təhlükəsizliyin təminatında regional təşkilatların əhəmiyyəti kimi məsələlərə dair fikir mübadiləsi aparacaq.

Son xəbərlər

Orphus sistemi