İcra başçısı: "Marneulidə azərbaycanlı iş adamları üçün çox geniş imkanlar var"

İcra başçısı: "Marneulidə azərbaycanlı iş adamları üçün çox geniş imkanlar var" Bu gün Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda sərmayə qoyuluşu üçün çox yaxşı şərait var. Azərbaycandan olan iş adamlarını Marneuliyə dəvət edirəm.
Diaspor
21 İyun , 2019 13:32
İcra başçısı: Marneulidə azərbaycanlı iş adamları üçün çox geniş imkanlar var

"Bu gün Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda sərmayə qoyuluşu üçün çox yaxşı şərait var. Azərbaycandan olan iş adamlarını Marneuliyə dəvət edirəm".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Zaur Dargallı Tbilisidə keçirilən 8-ci Caspian Energy Forumunda bildirib.

O deyib ki, Marneuli rayonu turizm, kənd təsərrüfatı və sənaye üçün çox geniş imkanlara malikdir: "Rayonda əlverişli investisiya mühiti var. Azərbaycandan olan iş adamları istədikləri sahəyə sərmayə qoya bilərlər".

Son xəbərlər

Orphus sistemi