Yuxarı

​Maltada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin toplantısı keçiriləcək

Maltanın baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrini qəbul edib

Bakı. 11 may. REPORT.AZ/ Maltanın baş naziri Jozef Muskat Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələrini qəbul edib. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbulda mərkəzin fəaliyyəti, reallaşan layihələr, eləcə də qarşıda duran vəzifələr, gələcək planlar müzakirə olunub.

Görüşdə Malta hökumətinin dəstəyi ilə keçiriləcək layihələr geniş müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq 2017-ci ildə Malta baş nazirinin himayəsi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Ali Səviyyəli Toplantısının keçirilməsinə dair razılığa gəlinib.

Qeyd edək ki, Maltanın baş naziri Jozef Muskat Diasporla İş üzrə Dövlət Komitəsini dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2015-ci ilin aprel ayında keçirilən III Qlobal Bakı Forumunda iştirak edib. Jozef Muskat 2014-cü ilin dekabr ayında da Azərbaycanda səfərdə olub və bir sıra rəsmi görüşlərdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.

Xatırladaq ki, Jozef Muskat 2013-cü ilin martından Malta hökumətinə rəhbərlik edir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi