Makedoniya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib

Makedoniya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib Bakı. 29 may. REPORT.AZ/ Makedoniya Respublikasının Prezidenti George İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradovu qəbul edib.
Diaspor
29 May , 2018 10:47
Makedoniya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibini qəbul edib
0 : 00
0 : 00

Bakı. 29 may. REPORT.AZ/ Makedoniya Respublikasının Prezidenti George İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradovu qəbul edib. 

Bu barədə "Report"a mərkəzdən bildirilib.

Qəbul zamanı Prezident G.İvanova VI Qlobal Bakı Forumunun yekunlarına dair ətraflı məlumat verilib. Qeyd olunub ki, bu forum dünyanı narahat edən bir sıra mühüm problemlərin müzakirəsi ilə yadda qalıb. Qlobal əhəmiyyətli problemlərin həllinə dair maraqlı təklif və ideyalar irəli sürülüb. Bildirilib ki, forumda bir sıra regionlarda mövcud olan münaqişələr, mədəniyyətlərarası dialoq, qlobal təhlükəsizlik, iqtisadi inteqrasiya, sabitlik və digər mövzular ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Prezident George İvanov isə öz növbəsində forumun əhəmiyyətini yüksək qiymətləndirdiyini, Azərbaycanın belə bir mühüm tədbirə evsahibliyi etməsinin təqdirəlayiq olduğunu vurğulayıb. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən layihələrin böyük maraqla qarşılandığını diqqətə çatdırıb.

Görüşdə eyni zamanda, VII Qlobal bakə Forumuna hazırlıqla bağlı məsələlər, habelə Prezident George İvanovun təşəbbüsüylə təsis edilmiş Gənc Liderlər Məktəbi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2018-ci ilin avqust ayında həyata keçirəcəyi layihə ilə bağlı da fikir mübadiləsi aparılıb. 

Son xəbərlər

Orphus sistemi