Yuxarı

INDEX-in dəstəyi ilə Heydər Əliyevin xatirəsinə həsr edilmiş şahmat turniri ve anım tədbiri keçirilib

INDEX-in dəstəyi ilə Heydər Əliyevin xatirəsinə həsr edilmiş şahmat turniri ve anım tədbiri keçirilib
Tədbirin sonunda turnirdə ilk üç yeri tutan tələbələrə hədiyyə və plaketlər təqdim olunub

İstanbul. 12 dekabr. REPORT.AZ/ INDEX - Azərbaycan İnsan Kapitalının İnkişafı Mərkəzinin dəstəyi və Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə Eskişehirdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş azərbaycanlı tələbələrarası şahmat turniri ve anım tədbiri keçirilib.

“Report”un Türkiyə bürosu xəbər verir ki, şahmat turniri 2 gün davam edib. Turnirə Türkiyənin 20 müxtəlif şəhərindən tələbələr qatılıb.

Anım tədbiri ümummilli lider Heydər Əliyevin və İstanbulda terror nəticəsində həyatını itirən şəhidlərin əziz xatirəsinə sayğı duruşu, Türkiyə Cümuriyyətinin “İstiklal marşı” və Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra INDEX - Azərbaycan İnsan Kapitalının İnkişafı Mərkəzi idarə heyəti üzvü Şükran Qarayev çıxış edərək, ümummilli lider Heydər Əliyevi rəhmətlə yad edib. Mərkəzin sədri Rəşad Abdullayevin salamlarını iştirakçılara çatdıran Şükran Qarayev, INDEX olaraq, hər zaman tələbələrin yanında olduqlarını vurğulayıb, tələbələrimizi bir araya gətirən və inkişaflarına dəstək verən tədbirlərə hər zaman dəstək olduqlarını bildirib və Türkiyənin fərqli şəhərlərindən qatılan tələbələrə təşəkkür edib.

Ümummilli lider Heydər Əliyev haqqında film nümayiş etdirilib.

Filmin sonunda Eskişehir Azərbaycanlılar Dərnəyinin İdarə Heyəti üzvü Rza Məmmədov Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında geniş məlumat verib.

Daha sonra çıxış edən Eskişehir Azərbaycanlılar Dərnəyinin Sədri Cavid Aydın İstanbulda terror nəticəsində həyatını itirənləri rəhmətlə yad edib. O, ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün hər il müxtəlif tədbirlər həyata keçirdiklərini vurğulayıb. Dərnək olaraq təşkil etdikləri bu və bunun kimi tədbirlərdə hər zaman tələbələrin yanında olan və dəstəyini əsirgəməyən INDEX - Azərbaycan İnsan Kapitalının İnkişafı Mərkəzinə təşəkkürünü bildirən Cavid Məmmədov, iki gün davam edən turnirdə tələbələr arasında dostluq və ünsiyyətin yarandığını, eyni zamanda azərbaycanlı tələbələr olaraq bir araya gəldikdə bir çox mühüm işlərə imza ata biləcəklərinə bir daha şahid olduğunu qeyd edib.

Tədbirin sonunda turnirdə ilk üç yeri tutan tələbələrə hədiyyə və plaketlər təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi