İstanbulda yaşayıb fəaliyyət göstərən azərbaycanlı ziyalılarla görüş keçirilib - FOTO

İstanbulda yaşayıb fəaliyyət göstərən azərbaycanlı ziyalılarla görüş keçirilib - FOTO Görüş Azərbaycanın İstanbuldakı baş konsulunun təşəbbüsü ilə baş tutub
Diaspor
29 Oktyabr , 2016 06:32
İstanbulda yaşayıb fəaliyyət göstərən azərbaycanlı ziyalılarla görüş keçirilib - FOTO

İstanbul. 29 oktyabr. REPORT.AZ/ İstanbulda yaşayıb fəaliyyət göstərən azərbaycanlı ziyalılar, elm adamları, rəssamlar və müxtəlif universitetlərdə çalışan professorlarla görüş keçirilib.

"Report"un İstanbul bürosu xəbər verir ki, görüş Azərbaycanın bu şəhərdəki baş konsulu Məsim Hacıyevin təşəbbüsü ilə konsulluq binasında baş tutub.

Görüşdə çıxış edən Məsim Hacıyev Türkiyədə ölkənin adını yüksək səviyyədə təmsil edən ziyalılara minnətdarlıq edib. Müstəqil Azərbaycanın inkişafı üçün xarici ölkələrdə fəaliyyət göstərən həmvətənlərimizin olmasının zəruriliyinə diqqət çəkən baş konsul, İstanbulda bu işin uğurla aparıldığını dilə gətirib.

İstanbulun ən öndə gedən təhsil olacaqlarında azərbaycanlı müəllimlərin işləməsinin təhsilimizin uğuru olduğunu deyən konsul, burada fəaliyyət göstərən sənət adamlarını da unutmayıb. Məsim Hacıyev azərbaycanlı rəssamların əsərlərinin İstanbulun müxtəlif məşhur rəsm qalereyalarında sərgiyə çıxarıldığını diqqətə çatdırıb.

Daha sonra konsul ziyalıları narahat edən problemləri dinləyib, onların təkliflərinin dəyərləndirilməsi üçün bir yerə toplanmağın əhəmiyyətini vurğulayıb. Müxtəlif universitetlərdə dərs deyən müəllimlər Türkiyədə azərbaycanlı tələbələrin təhsil imkanlarından, onların Türkiyədəki uğurlarından, konsulluqla tələbələrin əməkdaşlığının zəruriliyindən və onları narahat edən məsələlərdən danışıblar. Konsul bu kimi görüşlərin mütəmadi olaraq bundan sonra da tez-tez keçiriləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi