Yuxarı
    Bağlamaq

    İstanbulda Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

    Tədbir Türkiyənin Yedditəpə Universitetində baş tutub

    İstanbul. 10 dekabr. REPORT.AZ/ Türkiyənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Yedditəpə Universitetində ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

    "Report"un Türkiyə bürosu xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirdə sözügedən universitetin tələbələri, professorlar, ictimayyət nümayəndələri və baş konsul Məsim Hacıyev iştirak edib.

    Tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra onun həyat və fəaliyyətindən bəhs edən film izlənilib. Yeditəpə universitetinin tarix, ədəbiyyat və bir çox ixtisaslarda təhsil alan tələbələrinin dahi şəxsiyyət Heydər Əliyevdən bəhs edən məruzələri dinlənilib. Qeyri-adi şəxsiyyəti, böyük istedadı ilə fərqlənən, xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyi, çağdaş Azərbaycanın varlığının dahi şəxsiyyətin adı ilə bağlı olduğu diqqətə çatdırılıb. Ölkəmizdə bütün sahələrdə əldə edilmiş möhtəşəm nailiyyətlərin ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilib. Tələbələr Heydər Əliyevi Türkiyənin qurucusu Mustafa Kamal Atatürklə müqayisə edərək, ulu öndəri Azərbaycanın Atatürkü adlandırıblar. Tələbələrin çıxışlarında Heydər Əliyevin Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl ilə olan dostluğu və qardaşlıq münasibətləri xüsusilə vurğulanıb. Heydər Əliyevin Türkiyə ilə münasibətlərin formalaşmasında Süleyman Dəmirəllə olan isti münasibətinin tarixi əhəmiyyəti tələbələrin çıxışlarında dilə gətirilib.

    Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsullu Məsim Hacıyev, Əməkdar incəsənət xadimi Məlahət Abbasova, universitetin müəllimi, rəssam Rafik Əzizov çıxış ediblər.

    Kürsüdə yer alan Yedditəpə Universitetinin təsisçisi Bedreddin Dalan Heydər Əliyevlə 1986- ci ildə Kremldəki görüşündən danışıb, onunla xatirələrini dilə gətirərək, ulu öndəri dünyadan gəlib keçən nadir şəxsiyyət adlandırıb.

    İncəsənət xadimi Məlahət Abbasova çıxışında Heydər Əliyevin sənətə, sənət adamlarına verdiyi yüksək dəyərdən söz açaraq, onun müdrük lider və gözəl ailə başçısı olduğunu dilə gətirib.

    Kürsüdə yer alan Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin təməlini qoyan ulu öndərin həyat və fəaliyyətindən, onun müstəqil Azərbaycanın möhkəmlənməsində əvəzolunmaz xidmətlərindən danışıb. O, bu gün Heydər Əliyevin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasəti nəticəsində ölkəmizin qazandığı nailiyyətlər haqqında geniş məlumat verib.

    Sonda Yedditəpə Universitetinin professoru, azərbaycanlı rəssam Rafiq Əzizin yağlı boya ilə çəkdyi Heydər Əliyev portreti Yedditəpə Universitetinin təsisçisi Bədrəddin Dalana hədiyyə olunub.

    Baş konsulluğun hazırladığı umumilli liderdən bəhs edən və türk dilinə çevrilimiş kitablar tələbələrə hədiyyə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi