Yuxarı
    Bağlamaq

    İsrailin sabiq baş naziri Azərbaycana gələcək

    Ehud Barak Qlobal Bakı Forumunda transatlantik əlaqələrin gələcəyinə dair çıxış edəcək

    Bakı. 16 fevral. REPORT.AZ/ İsrailin sabiq baş naziri Ehud Barak və İsrail Parlamentinin – Knessetin keçmiş prezidenti, həmçinin dövlət başçısı olmuş Dalia İtzik V Qlobal Bakı Forumunda iştirak etmək məqsədilə Azərbaycana gələcək.

    Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

    Bildirilib ki, Ehud Barak “Transatlantik əlaqələrin gələcəyi: Real siyasətə qayıdış” adlı prezident panelində çıxışı nəzərdə tutulub. Panel müzakirələrdə Ehud Barakla yanaşı, Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev, Latviyanın eks-prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa, tanınmış jurnalist, CNN telekanalının aparıcısı Farid Zakariyanın iştirakı planlaşdırılır.

    Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbir martın 16-17-də olacaq. Forumda transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq. Müzakirələrdə dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlər iştirak edəcək.

    Forumun işində 50 ölkədən 200-dən çox hazırkı və sabiq dövlət başçıları, hökumət rəhbərləri, çox sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlərin iştirakı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi