Yuxarı
    Bağlamaq

    İsraildə Novruz bayramı qeyd olunub

    Tədbir İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası tərəfindən təşkil edilib

    Bakı. 23 mart. REPORT.AZ/ İsrailin Kiryat Yam şəhərində Novruz bayramı münasibəti ilə tədbir keçirilib.

    "Report"un verdiyi xəbərə görə, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) tərəfindən təşkil edilən tədbirdə İsrailin müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar iştirak ediblər.

    Tədbirdə çıxış edən edən Kiryat Yam şəhərinin meri David Even Tsura əslən Azərbaycandan olan insanların bu ənənəni yaşatdıqları üçün onlara təşəkkür edib və belə bir tədbirdə iştirak etdiyi üçün özünü sevincli hiss etdiyini bildirib.

    "Azİz" Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman tədbir iştirakçılarının Novruz bayramını təbrik edib və assosiasiyanın Azərbaycan və İsrail xalqları arasında əlaqələrin və dostluq münasibətlərinin qorunaraq inkişaf etdirilməsinə verdiyi töhfədən söhbət açıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi