​Misirin İsgəndəriyyə şəhərində Nizami Gəncəviyə büst qoyulacaq

​Misirin İsgəndəriyyə şəhərində Nizami Gəncəviyə büst qoyulacaq Açılış mərasimində Latviya, Polşa, Boliviya, Rumıniya, Serbiya, Bolqarıstan və Beninin sabiq prezident və baş nazirlərinin iştirakı nəzərdə tutulub
Diaspor
13 Mart , 2015 16:04
​Misirin İsgəndəriyyə şəhərində Nizami Gəncəviyə büst qoyulacaq

Bakı. 13 mart. REPORT.AZ/ Misirin İsgəndəriyyə şəhərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair, mütəfəkkir Nizami Gəncəvinin büstü qoyulacaq. Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Bu il aprelin 20-də büstün təntənəli açılış mərasimi təşkil ediləcək. Açılış mərasimində Latviya, Polşa, Boliviya, Rumıniya, Serbiya, Bolqarıstan və Beninin sabiq prezident və baş nazirlərinin iştirakı nəzərdə tutulub.

Bundan başqa, həmin tarixdə Misir Ərəb Respublikası baş nazirinin xüsusi müşaviri, İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Seragəldinin Nizami Gəncəvi haqqında ərəbcə nəşr edilmiş kitabının təqdimatı da olacaq.

Qeyd edək ki, hər iki layihə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və İsgəndəriyyə Kitabxanası tərəfindən gerçəkləşdiriləcək. 

Son xəbərlər

Orphus sistemi