Yuxarı

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Türkiyəyə qastrol səfərinə yola düşüb

Səfər çərçivəsində İrəvan Dövlət Azərbaycan Dram Teatrı Kocaelidə olub

Bakı. 19 aprel. REPORT.AZ/ İrəvan Dövlət Azərbaycan Dram Teatrı Demet Çizmeli və Barış Pınar Çelebioğlunun “Cümhuriyyətin ilk sədası” əsəri əsasında səhnələşdirilmiş tamaşa ilə Türkiyənin müxtəlif şəhərlərinə qastrol səfərinə yollanıb. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində kollektiv, Türkiyənin Kocaeli vilayətində fəaliyyət göstərən Azərbaycan Heydər Əliyev Mədəniyyət Evinin qonağı olub.

Teatr heyəti Mədəniyyət Evinin fəaliyyəti, burada təşkil olunmuş Soyqırım Muzeyi və Kitabxana ilə tanış olublar. Mədəniyyət Evinin rəhbəri Bilal Dündar qonaqlara təşkilatın fəaliyyəti barədə geniş məlumat verib. Kollektiv Heydər Əliyev Adına Mədəniyyət Evinin fəaliyyətdən məmnunluqlarını ifadə edərək sədr B.Dündara minnətdarlıqlarını bildiriblər.
B.Dündar müəllifi olduğu “Bir Millət İki Dövlət” adlı kitabını və Azərbaycan Heydər Əliyev adına Mədəniyyət Evinin mətbu orqanı olan “Azərbaycanın Səsi” jurnalını qonaqlara hədiyyə edib.

Qeyd edək ki, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə Kocaeli vilayətində səhnəyə qoyulan tamaşaya Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının üzvləri, İzmir Bələdiyyəsi, Kocaeli Kültür və Turizm Müdürlüyü, Kocaeli Aydınlar Ocağı, Kocaeli Milli Quruluşlar Birliyinin nümayəndələri, tələbələr və digər qonaqlar tərəfindən baxış keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi