İki azərbaycanlı "Qızıl alma" mükafatına layiq görülüb

İki azərbaycanlı "Qızıl alma" mükafatına layiq görülüb Mükafat Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin təşkil etdiyi IV Dünya Türk Forumunda təqdim edilib
Diaspor
25 Aprel , 2015 12:03
İki azərbaycanlı Qızıl alma mükafatına layiq görülüb

Bakı. 25 aprel. REPORT.AZ/ Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkil etdiyi IV Dünya Türk Forumu çərçivəsində “Qızıl alma”mükafatının təqdimatı baş tutub. 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, doqquz nominasiya üzrə ikinci dəfə təqdim edilən mükafatın "sənət" kateqoriyası üzrə laureatları Azərbaycandan müğənni Azərin və Qazaxıstandan musiqiçi, bəstəkar, qopuz ifaçısı Arslanbek Sultanbekov olub. Onlar türk dünyasının mədəniyyətinə verdiyi töhfələrə görə bu mükafata layiq görülüblər.

Mükafatın elm kateqoriyası üzrə isə yenə Azərbaycandan Bakı Dövlət Universitetinin "Türk xalqları ədəbiyyatı" kafedrasının müdiri Ramiz Əsgər layiq görülüb. Bu nominasiya üzrə eyni vaxtda daha beş nəfər - Qazaxıstandan Temirxan Tebegenov, Qırğızıstandan Gülzara Cumakunova, Özbəkistandan Zöhrəddin İsaməddinov, Türkmənistandan Berdi Sarıyev görkəmli qırğız mütəfəkkiri Toktoqulun "Şeirə, nəğməyə çevrilən ömür" kitabının Azərbaycan, qazax, türk, özbək, türkmən dillərinə tərcümə etdikləri üçün layiq görülüblər.

“Qızıl alma” mükafatı 2013-cü ildə İstanbulda keçirilən II Dünya Türk Forumunda TASAM tərəfindən təsis edilib. Mükafat türk dünyasının iqtisadiyyat, mədəniyyət, incəsənət, elm, texnologiya, diplomatiya və digər sahələrinə töhfə verən şəxslərə təqdim edilir.

Son xəbərlər

Orphus sistemi