Yuxarı

​İsrail nümayəndə heyəti Azərbaycana gələcək

Nümayəndə heyəti Afula və Mingəçevir şəhərlərinin qardaşlaşmasına dair müqavilənin imzalama mərasimində iştirak edəcəklər

Bakı. 7 iyul. REPORT.AZ / Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (“Azİz”) baş direktoru Lev Spivakın rəhbərlik etdiyi nümayəndə heyəti gələn həftə Azərbaycana səfər edəcək.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinin tərkibinə Afula şəhər merinin birinci müavini Mixael Barkan, Akko şəhər merinin birinci müavini Zaev Noyman, Absorbsiya Nazirliyinin Qafqaz icması ilə iş üzrə layihəsinin rəhbəri Rauf Ağalarov, Arye Tal şəhərini meri Nirat Karmel, şəhər şurasının deputatı Aviran Mişiyev və “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tov daxildir. Qonaqların arasında israilli jurnalistlər və mədəniyyət xadimləri də var.

İsrail nümayəndə heyətinin səfər proqramında Bakının görməli yerləri ilə tanışılıqdan başqa, Mingəçevir, Gəncə, Şəki, Göy Göl və Qəbələyə səfərlər də nəzərdə tutulub. Nümayəndə heyəti, həmçinin Afula və Mingəçevir şəhərlərinin qardaşlaşmasına dair müqavilənin imzalama mərasimində də iştirak edəcəklər.

Səfərin sonuncu günü İsrailin Peşəkar Rəssamlar İttifaqından Azərbaycanın Dövlət Rəsm Qalereyasına şəkil kolleksiyası hədiyyə edilməsi münasibətilə tədbir keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi