Yuxarı
    Bağlamaq

    Heydər Əliyevin xatirəsi Kanadada yad olunub

    Anım mərasimində ulu öndərin həyat və fəaliyyətindən bəhs edilib

    Bakı. 9 may. REPORT.AZ/ Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə Ottava şəhərində Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən anım mərasimi təşkil edilib. "Report" səfirliyə istinadən xəbər verir ki, mərasimdə Ottavada yaşayan Azərbaycan icmasının üzvləri və kanadalı qonaqlar iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan müvəqqəti işlər vəkili Ramil Hüseynli ulu öndərin həyat və fəaliyyətindən, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasındakı rolundan, ölkəmizin nüfuzunun dünyada möhkəmlənməsi sahəsində müstəsna xidmətlərindən, xarici siyasətçilər arasında böyük hörmətindən söhbət açıb. Azərbaycanın bugünkü uğurlarından danışan müvəqqəti işlər vəkili vurğulayıb ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu daxili və xarici siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

    Tədbirdə, ümummilli lider Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması sahəsinə xüsusi diqqət və qayğısı barədə fikir mübadiləsi aparılıb. Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi