Bakı. 17 iyun. REPORT.AZ/ Tbilisidə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) gənclər şöbəsi iyunun 15-də Tbilisidə baş verən təbii fəlakət zamanı zərərçəkən ailələrə yardım məqsədilə kampaniyaya başlayıb. Bu barədə "Report"a
Aksiya çərçivəsində toplanan humanitar yardım - ərzaq, təmizlik, gigiyena və digər məhsullar ehtiyacı olan ailələrə təqdim edilib.
Yardımın təqdim olunması zamanı Gürcüstanda yaşayan azərbaycanlı gənclər bildirib ki, bu, kampaniyanın başlanğıcıdır və Azərbaycanlıların Mədəniyyət Mərkəzi kömək və müəyyən tədbirlərin görülməsini davam etdirəcək.
Təşkilatın fəalları yerli gənclərə, əhaliyə səslənərək təbii fəlakətdən zərərçəkənlərə yardım kampaniyasına qoşulmağa çağırıb. Bildirilib ki, maddi və ərzaqla yardım etmək istəyənlər AMM-ə və ya yerli icra hakimiyyətində yaradılmış komissiyanın rəhbəri Kamandar İsmayılova müraciət edə bilər. Daşqından zərər çəkən Gürcüstan əhalisi üçün xarici ölkələrdən də yardım qəbul olunur.