Gürcüstanın Marneuli rayonunda ötən gün çayxanada silahlı insident törədən 1984-cü il təvəllüdlü şəxs saxlanılıb.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan
İstintaqla müəyyən olunub ki, saxlanılan azərbaycanlı gənc ötən gün Rustaveli küçəsində yerləşən çayxanada odlu silahdan atəş açaraq 1997 və 2000-ci il təvəllüdlü şəxsləri yaralayıb. Həmin şəxs hadisə yerindən qaçıb və insidentdən bir neçə saat sonra saxlanılıb.
Onu 4 ildən 7 ilədək həbs cəzası gözləyir.