Yuxarı

Gürcüstanda məhkəmə Azərbaycan dilli məktəb müəlliməsinin şikayətini təmin edib

Gürcüstanda məhkəmə Azərbaycan dilli məktəb müəlliməsinin şikayətini təmin edib

Gürcüstanın Saqareco Rayon Məhkəməsi azərbaycanlıların yaşadığı Yormuğanlı kənd məktəbinin gürcü dili və ədəbiyyatı müəlliməsi Tea Qurqenidzenin şikayətini tam təmin edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, pedaqoqun şikayəti ötən ilin mart ayında işdən azad olunması ilə bağlı olub.

Məktəb rəhbərliyi T.Qurqenidzenin işdən çıxarılmasına onun şagirdlərlə kobud rəftarını səbəb göstərib.

Müəllimə məhkəməyə təqdim etdiyi şikayətdə işə bərpa olunması və işsiz qaldığı aylara görə əməkhaqqının ödənilməsini tələb edib.

T.Qurqenidze onu müdafiə edən azərbaycanlı məktəblilər və onların valideynlərinə minnətdarlığını bildirib: “Şagirdlərim və onların valideynləri mənim fəaliyyətimə yüksək dəyər verir. Yeni dərs ilinin başlamasını səbirsizliklə gözləyirəm. Mən məktəbə mütləq qayıdacağam”.

Qeyd edək ki, T.Qurqenidzenin işdən qovulması Yormuğanlı kənd məktəbinin şagirdləri və onların valideynlərinin narazılığına səbəb olub. Onlar gürcü dili və ədəbiyyatı müəlliməsinin işə bərpa olunması tələbi ilə bir neçə dəfə aksiya keçiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi