Gürcüstanda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub

Gürcüstanda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunur.
Diaspor
10 May , 2019 11:21
Gürcüstanda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunub

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd olunur.

“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirlik əməkdaşları, ziyalılar, iş adamları və ictimaiyyət nümayəndələri ulu öndərin Tbilisidəki büstünü ziyarət edərək önünə əklil və gül dəstələri qoyublar.

Anım tədbirində Gürcüstanda təlim-məşq toplantılarında olan voleybol üzrə Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaların üzvləri də iştirak ediblər.

H.Əliyevin xatirəsi Rustavi şəhərində də anılacaq. Şəhərdə Heydər Əliyev parkında ümummilli liderin abidəsi ziyarət olunacaq.

Son xəbərlər

Orphus sistemi