Yuxarı

Gürcüstanda azərbaycanlı abituriyentlər üçün xüsusi təqvim hazırlanıb

Gürcüstanda azərbaycanlı abituriyentlər üçün xüsusi təqvim hazırlanıb

Gürcüstanda milli azlıqları təmsil edən abituriyentlər üçün vahid milli imtahanlara qeydiyyatla bağlı xüsusi təqvim hazırlanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzi məlumat yayıb.

Azərbaycan və erməni dilli abituriyenlər üçün çap olunmuş təqvimlərdə qəbul imtahanlarına qeydiyyat müddəti və digər vacib məlumatlar yer alıb. Təqvimlər məktəb və resurs mərkəzlərində abituriyentlərə paylanılır.

Bununla yanaşı, Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzinin nümayəndələri milli azlıqların yaşadıqları şəhər və rayonlarda qəbul imtahanları ilə bağlı məlumatlandırıcı görüşlərə başlayıblar.

Gürcüstanda vahid milli imtahanlara qeydiyyat prosesi martın 12-də başlayıb. Bu günə qədər 12 mindən çox abituriyent qeydiyyatdan keçib. Bir neçə mərhələdən ibarət qeydiyyat prosesinin əsas mərhələsi aprel ayının 3-nə qədər davam edəcək.

Qeyd edək ki, ötən ildəki qəbul imtahanlarında iştirak edən və yüksək bal toplayan 500-ə yaxın azərbaycanlı abituriyent ali məktəblərə qəbul ola bilməyib. Bunun əsas səbəbi kimi abituriyetnlərin qəbul imtahanlarının qaydaları barədə kifayət qədər məlumatlı olmadıqları göstərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi