Yuxarı
    Bağlamaq

    Gürcüstan Azərbaycanlılarının Milli Konqresi ermənilərin təxribatı ilə bağlı bəyanat yayıb

    Bəyanatda Ermənistan ordusunun növbəti təxribatının Gürcüstanda yaşayan azərbaycanlılarının narahatlığına səbəb olduğu bildirilib© Report.az

    Bakı. 7 iyul. REPORT.AZ/ Gürcüstan Azərbaycanlılarının Milli Konqresi Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Allahverdiyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı ilə bağlı bəyanat yayıb.

    Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, bəyanat BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT-in Minsk qrupunun Rusiyalı həmsədri İqor Popova, amerikalı həmsədri Ceyms Uorlikə, fransalı həmsədri Pier Andreuya və Avropa Parlamentinə göndərilib.

    Bəyanatda Ermənistan ordusunun növbəti təxribatının Gürcüstanda yaşayan azərbaycanlılarının narahatlığına səbəb olduğu bildirilib.

    Bəyanatda deyilir: "Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyərək, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir.

    Qeyd olunub ki, dünyanın aparıcı, sülhpərvər dövlətləri, beynəlxalq təşkilatlar, BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi dinc sakinlərin, qocaların, qadınların, körpə uşaqların qətlə yetirilməməsi üçün təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlardan silahlı qüvvələrini çəkməyə məcbur edilməsi üçün qəti addımlar atmalıdır. Regionda sülhün, sabitliyin, əmin-amanlığın təmin olunmasının yeganə yolu status-kvonun dəyişdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi