Bakı. 17 iyun. REPORT.AZ/ Tbilisidə fəaliyyət göstərən Azərbaycanlıları
Dənizli şəhər Bələdiyyəsi tərəfindən təşkil olunan festivala Bosniya və Hersoqovina, Moldova, Makedoniya, Gürcüstan, Kosta-Rika, Kosova da daxil olmaqla, 11 ölkədən 380-ə yaxın rəqqas qatılıb.
“Sarvan”ın bədii rəhbəri Cəmilə Məmmədovanın sözlərinə görə, gürcü və Azərbaycan xalq rəqsləri, aşıq mahnıları yerli sakinlər və xaricilər tərəfindən maraqla qarşılanıb. Yeddi gün davam edən festivalın qala gecəsində Gürcüstanı təmsil edən "Sarvan" folklor qrupuna mükafatlar təqdim olunub.
Festivalın sonunda təşkilat komitəsi ən yaxşı iştirakçıları seçərək ənənəvi Zeybək rəqsini ifa etmək üçün səhnəyə dəvət edib, iştirakçıların içində Gürcüstan təmsilçiləri də yer alıb.
Qeyd edək ki, Azərbaycanlıları