Fuad Muradov Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin problemləri ilə maraqlanıb

Fuad Muradov Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin problemləri ilə maraqlanıb Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Laqodexi rayonuna səfər edib.
Diaspor
4 Aprel , 2019 17:40
Fuad Muradov Gürcüstanda azərbaycanlıların yaşadığı kəndin problemləri ilə maraqlanıb

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Laqodexi rayonuna səfər edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Dövlət Komitəsinin sədri əvvəlcə Laqodexi bələdiyyəsinin nümayəndələri ilə birgə Qabal kəndində fəaliyyət göstərən İctimai Mərkəzlə tanış olub.

Daha sonra F.Muradov kənd sakinləri olan azərbaycanlılarla görüşüb. Görüşdə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.

F.Muradov bildirib ki, azərbaycanlılar harada yaşamasından asılı olmayaraq həmin dövlətin möhkəmləndirilməsində yaxından iştirak edirlər: “Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstan dövlətçiliyinə sadiq və vətənpərvərdirlər. Azərbaycanlılar və gürcülər arasında heç zaman heç bir problem olmayıb. Müəyyən qüvvələr dost və qardaş xalqların arasındakı münasibətlərə xələl gətirməyə cəhd etsələr də, onların bütün cəhdləri uğursuzluqla nəticələnir”.

Dövlət Komitəsinin sədri Azərbaycan dövlətinin Gürcüstanda yaşayan azərbaycanlıların inteqrasiyası və sosial problemlərinin həlli istiqamətində həyata keçirdiyi layihə və tədbirlərdən də söz açıb.

Qabal sakinləri kənddə onları narahat edən problem və qayğılardan söz açıblar. Çıxış edənlər Azərbaycanla sərhəddə üzləşdikləri narahatlıqlar, kənddə idman zalının olmaması, torpaq sahələrinin qeydiyyatı, uşaq bağçası və məktəblərlə bağlı problemləri diqqətə çatdırıblar. Ziyalılar Kaxeti bölgəsində azərbaycanlıların mədəniyyət mərkəzinin yaradılması təklifi ilə çıxış ediblər.

F.Muradov qaldırılan məsələlərə münasibət bildirərək onların həlli istiqamətində gürcü həmkarlarla birgə işləməyə hazır olduğunu bildirib.

Sonda Qabal kənd məktəbinə noutbuklar, Gəncəli kənd məktəbinə isə Azərbaycanın milli rəqs paltarları hədiyyə olunub.

Son xəbərlər

Orphus sistemi