Fuad Muradov Gürcüstan parlamentinin vitse-spikeri ilə görüşüb

Fuad Muradov Gürcüstan parlamentinin vitse-spikeri ilə görüşüb Tbilisi. 15 iyun. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Zviad Dziguri ilə görüşüb.
Diaspor
15 İyun , 2018 16:11
Fuad Muradov Gürcüstan parlamentinin vitse-spikeri ilə görüşüb
Report

Tbilisi. 15 iyun. REPORT.AZ/ Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Zviad Dziguri ilə görüşüb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin azərbaycanlı deputatları Mahir Dərziyev, Savalan Mirzəyev, Ruslan Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.

F.Muradov bildirib ki, Azərbaycan dövləti Gürcüstanla əlaqələrin bütün sahələrdə, o cümlədən parlamentlər səviyyəsində inkişafında maraqlıdır. Dövlət Komitəsinin sədri bu cür səfərlərin, aparılan danışıqların dostluq və əməkdaşlığımızın daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. O bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar bu dövlətin inkişafında, Avropaya inteqrasiyasında mühüm rol oynayırlar. F.Muradov soydaşlarımızın qayğılarından da söz açıb, Gürcüstan dövlətinin və parlamentin mövcud problemləri həll edəcəklərinə ümidvar olduğunu deyib.

Z.Dziguri isə öz növbəsində, parlamentlərarası əlaqələrin inkişafı üçün bir sıra mühüm addımlar atıldığını bildirib, bunun üçün qarşılıqlı səfərlərin təşkilinin vacibliyini vurğulayıb. O, Gürcüstanda tolerantlığın mövcud olduğunu, bütün dini qurumların qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib. 

"Biz Azərbaycanın dost dəstəyini hər zaman hiss etmişik və indi də hiss edirik", - vitse-spiker qeyd edib.

Qörüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi