Yuxarı
    Bağlamaq

    Fuad Muradov Gürcüstan katolikosu II İlya ilə görüşüb

    © Report

    Tbilisi. 12 iyun. REPORT. AZ/ "Azərbaycan-Gurcüstan dostluğu nümunədir. Heç kim bu dostluğu sarsıda bilməz".

    "Report"un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Gürcüstan katolikosu II İlya ilə görüşündə səslənib.

    Katolikos II İlya Azərbaycan nümayəndə heyətini salamlayıb, iki ölkə arasındakı əlaqələrin inkişafında dövlət başçılarının rolunu xüsusi qeyd edib. Bildirib ki, gürcü xalqı Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısını daim hiss edir: "Bu gün SOCAR-ın Gürcüstanda həyata keçirdiyi layihələr bizim xalqlarımızın daha da yaxınlaşmasına, rifah halının xidmət edir".

    II İlya mədəni əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rolunu xüsusi qeyd edib.

    Fuad Muradov göstərilən qonaqpərvərliyə və Azərbaycan xalqının, Prezident İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ünvanına söylədiyi xoş sözlərə görə minnətdarlıq edib.

    Bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələr çox yüksək səviyyədədir: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib".

    Dövlət Komitəsinin sədri Azərbaycanın və Gürcüstanın birgə heyata keçirdikləri layihələrin regiondan və dünyada sülhə, tərəqqiyə, sabitliyə xidmət etdiyini xüsusi qeyd edib: "Bizim münasibətlərimiz çox yüksək səviyyədədir və heç kim bu dostluğa zərər yetirə bilməz".

    F.Muradov Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Hər iki dövlətin ərazi bütövlüyünün pozuasını təəssüf hissi ilə qeyd edib, Azərbaycanla Gürcüstanın bir-birinin ərazi bütövlüyünü dəstəkləndiyini xüsusi vurğulayıb.

    Görüşdə iki ölkə arasında əlaqələrin digər sahələr üzrə də inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.

    SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Mammədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev, yepiskop Şio, yepiskop Qerosimo və başqaları çıxış edib, iki ölkə arasında əlaqələrin inkişaf pespektivləri barədə fikirlərini bölüşüblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi