Yuxarı
    Bağlamaq

    Fransanın Konyak şəhərində Tovuz Nar Evi açılıb - FOTO

    Mərasimdə Konyak şəhərinin meri Mişel Qurinşas iştirak edib© Foto: Report.az

    Konyak. 2 oktyabr. REPORT.AZ/ Azərbaycanın Tovuz şəhəri ilə qardaşlaşmış Konyak şəhərində (Fransa) Tovuz Nar Evinin təntənəli açılışı olub.

    "Report"un Fransa bürosu məlumat verir ki, Tovuz Nar Evinin açılışında Konyak şəhərinin meri Mişel Qurinşas, Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel, ADA-nın baş katibi və Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Tovuz Baltiya şirkətinin direktoru Naiq Məmmədhəsənov iştirak ediblər.

    Açılışda çıxış edən Konyak şəhərinin meri Mişel Qurinşas Azərbaycanın strateji ölkə olduğunu diqqətə çatdırıb. O, Fransa və Azərbaycan arasında əməkdaşlığın inkişafından danışıb, ikitərəfli münasibətlərin getdikcə genişləndiyini və möhkəmləndiyini vurğulayıb. Azərbaycana, o cümlədən Tovuza səfərlər etdiklərini xatırladan mer ölkəmizin son illərdə böyük iqtisadi nailiyyətlər qazandığını vurğulayıb. Mişel Qurinşas əlaqələrimizin əsl qardaşlıq prinsipləri əsasında həyata keçirildiyini və bu əlaqələrin hərtərəfli genişlənməsinin Fransa və Azərbaycanının regionları arasında əməkdaşlıq üçün geniş imkanlar yaratdığını bildirib.

    Tovuz Baltiya şirkətinin direktoru Naiq Məmmədhəsənov çıxışında Tovuz Nar Evinin Konyakda açılması üçün yaratdığı geniş imkanlara, yaxından iştirakı və dəstəyinə görə Konyak şəhərinin meri Mişel Qurinşasa öz təşəkkürünü bildirib.

    Azərbaycanın Tovuz və Fransanın Konyak şəhərləri 2014-cü ildə qardaşlaşma protokolu imzalayıb və bu gün bu şəhərdə Fransanın bayrağı ilə yanaşı Azərbaycanın bayrağı dalğalanır, XII əsrin Azərbaycan intibah mədəniyyətinin zənginləşməsində xüsusi mövqeyi olan söz ustadımız Məhsəti Gəncəvinin ağ mərmərdən heykəli ucalır.

    Vüsalə İsmətqızı

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi